Modern.az

Peruda fövqəladə vəziyyət elan edildi

Peruda fövqəladə vəziyyət elan edildi

Dünya

15 Yanvar 2023, 10:10

Peruda paytaxt Lima və bir sıra digər bölgələrdə fövqəladə vəziyyət elan olunub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “El Peruano” hökumət qəzetinin saytında dərc olunan fərmanda deyilir.

 

"Yanvarın 15-dən etibarən Puno, Kusko, Lima departamentlərində, müstəqil Kallao əyalətində, Apurimac departamentinin əyalətlərində 30 gün müddətinə fövqəladə vəziyyət tətbiq edilib", - məlumatda vurğulanıb.

 

Qeyd edək ki, ölkədə prezident Dina Boluartenin istefasını və yeni seçkilərin keçirilməsini tələb edən etiraz aksiyaları davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et