Modern.az

Güneylilər çətin vəziyyətdə - VİDEO

Güneylilər çətin vəziyyətdə - VİDEO

31 Yanvar 2023, 11:24

İranda zəlzələ nəticəsində evləri dağılan azərbaycanlılar çətin vəziyyətdədir.

 

Modern.az xəbər verir ki, Güney Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb.

 

Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib.

 

Qeyd edək ki, bir neçə gün öncə İranda güclü zəlzələ olub. Yeraltı təkanlar zamanı 1200-ə yaxın şəxs yaralanıb. Onların arasında azərbaycanlılar da var.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok