Modern.az

Türkiyə 45 miqrantın həyatını xilas etdi

Türkiyə 45 miqrantın həyatını xilas etdi

Dünya

1 Fevral 2023, 10:33

Türkiyənin sahil-mühafizə xidməti əməkdaşları 45 miqrantın həyatını xilas edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Egey dənizinin İzmirin Dikili rayonu sahillərində baş verib.

 

Belə ki, Yunanıstan tərəfindən Türkiyənin daxili sularına doğru qovulan 2 rezin qayıqda köməksiz vəziyyətdə qalan və ölümə tərk edilmiş 45 miqrant Türkiyə sahil-mühafizə xidmətinin qayıqları vasitəsilə quruya çıxarılıb.

 

Miqrantlara ilkin tibbi yardım göstərildikdən və zəruri ehtiyacları təmin olunduqdan sonra onlar İzmirin Miqrasiya İdarəsinə aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et