Modern.az

İrandan Azərbaycana keçən iki əcnəbi saxlanıldı

İrandan Azərbaycana keçən iki əcnəbi saxlanıldı

Hadisə

4 Fevral 2023, 12:41

Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən iki naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
 

DSX-nin mətbuat mərkəzindən Modern.az-a bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyənləşdirilib.
 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok