Modern.az

Zelenski Britaniyaya gedir - Sunakla görüşəcək

Zelenski Britaniyaya gedir - Sunakla görüşəcək

Dünya

8 Fevral 2023, 12:30

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfərə gedir.

 

Modern.az xəbər verir ki, bu barədə "SKY News" məlumat yayıb.

 

Bildirilib ki, bu gün baş tutacaq səfər çərçivəsində o, Britaniya baş naziri Rişi Sunakla görüşəcək.

 

Həmçinin Zelenskinin bu ölkədə təlim keçən Ukrayna hərbçiləri ilə görüş keçirməsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, bundan əvvəl Zelenskinin Belçikaya da səfər edəcəyi barədə məlumat yayılmışdı. Ötən ilin fevralında müharibənin başlamasından sonra Ukrayna prezidenti cəmi bir dəfə xarici ölkəyə - ABŞ-a səfər edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı