Modern.az

Hər dörd ukraynalıdan biri psixoloji travma alıb

Hər dörd ukraynalıdan biri psixoloji travma alıb

Dünya

17 Fevral 2023, 15:10

Müharibə nəticəsində 10 milyon ukraynalı psixoloji travmaya məruz qalıb.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun baş direktoru Hans Klyuq bildirib.

 

Onun sözlərinə görə, 4 milyon Ukrayna vətəndaşının psixoloji travması orta və ya ağır dərəcəli ola bilər.

 

Qeyd edək ki, 2021-ci ildə Ukraynanın əhalisi 43,79 milyon nəfər olub. Dekabr ayında Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Yarno Habixt də 10 milyon ukraynalının psixi travmaya riski altında olduğunu açıqlamışdı.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et