Modern.az

Zəlzələdə ölənlərin ilkin sayı açıqlandı - YENİLƏNİB

Zəlzələdə ölənlərin ilkin sayı açıqlandı - YENİLƏNİB

Dünya

21 Fevral 2023, 00:15

Türkiyənin Hatay bölgəsində baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 213 nəfər yaralanıb. 

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 

***

22:45

Hatayda baş verən zəlzələlər nəticəsində bir qadın həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 

***

Bu gün Türkiyənin Hatay bölgəsində baş verən zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib.

 

O bildirib ki, bölgədən ilkin olaraq 28 müraciət daxil olub.

 

Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə 5,8 bal gücündə zəlzələ baş verib. Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?