Ukrayna Avropa İttifaqına daxil olmamışdan əvvəl NATO-ya üzv ola bilər.
Modern.az xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.
“Mən inanıram ki, biz Avropa İttifaqı üzvlərindən daha tez NATO üzvü ola bilərik", - o bildirib.
Eyni zamanda Yermak əlavə edib ki, Ukrayna Şimali Atlantika Alyansının ən yaxşı "imicmeykeri"dir.
"Bu gün hamı başa düşür ki, Rusiyanın NATO ilə müharibədə şansı yoxdur", - deyə Yermak vurğulayıb.
Akif İsmayılov