Modern.az

Ronaldinyonun oğlu “Barselona”da oynayacaq 

Ronaldinyonun oğlu “Barselona”da oynayacaq 

İdman

2 Mart 2023, 18:13

Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra “Barselona” klubuna transfer olunub.

 

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

 

18 yaşlı hücumçunun İspaniya klubu ilə bir il yarımlıq müqavilə imzaladığı bildirilib. Mendeş U-19 komandasında çıxış edəcək.

 

Xatırladaq ki, Ronaldinyonun özü 2003-2008-ci illərdə “Barselona”da oynayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir