Modern.az

Təxribat törədən separatçılar ruslara güvənir - Politoloq

Təxribat törədən separatçılar ruslara güvənir - Politoloq

5 Mart 2023, 16:43

Ermənilər növbəti dəfə təxribata əl atıblar. Müdafiə Nazirliyindən bildirilib ki, bu gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

 

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

 

Qarabağda nə baş verir? Xocalıda Azərbaycan nümayəndələrinin erməni sakinlərlə görüşündən sonra separatçıların təxribata əl atması nədən qaynaqlanır?

 

Modern.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya hərbi komandanlığının vasitəçiliyi ilə Qarabağ ermənilərinin təmsilçiləri ilə təmaslardan böyük nəticələr çıxarmaq erkən idi. Bunu erməni separatçılarının bugünkü təxribatı da göstərdi.

 

"Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla təmas xəttində döyüşdü, strateji yüksəklikləri ələ keçirdi. Bu, İrəvanın təxribatlarına cavab idi. Atəş Azərbaycan ərazisində - Qarabağda açılırsa, təxribatın miqyasının böyük olduğunu düşünürəm. Separatçılar Rusiya hərbçilərinə güvənərək Azərbaycan hərbçilərinə qarşı təxribat törətməyə “cəsarətlənirlər”.

 

İkinci Qarabağ müharibəsindən sonra hədəflərimiz dəyişməyib:

 

1. Separatçılar tərksilah olunmalıdırlar;

2. Ermənistanla Qarabağ separatçıları arasında hərbi bağlantı mütləq kəsilməlidir, bunun üçün Laçın yolunun qurtaracağında sərhəd və gömrük postu yaradılmalıdır;

3. Rusiya hərbçilərinin 2 ildən sonra bölgəni tərk etməsini təmin etməliyik. Ancaq hadisələrin gedişatı göstərir ki, hədəflərimizi yaxın gələcəyə saxlaya bilmərik.

 

"Bu il Laçın məskunlaşmalıdır, Şuşaya da tədricən köçürülmə başlanacaq. Yaxın tarixin səhvlərini təkrarlaya bilmərik. Qarabağda və və Şərqi Zəngəzurda yaşayacaq soydaşlarımızın təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün soydaşlarımıza təhlükə yarada biləcək bütün ünsürlər neytrallaşdırılmalıdır", - politoloq qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir