Modern.az

Gürcüstanda baş verənlərdən narahatıq - Şarl Mişel

Gürcüstanda baş verənlərdən narahatıq - Şarl Mişel

Dünya

8 Mart 2023, 16:55

“Gürcüstanda baş verən hadisələrdən çox narahatıq”.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter hesabında yazıb.

 

O bildirib ki, istənilən dinc etiraz hüququ demokratiyanın əsasını təşkil edir: “Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Avropa İttifaqı layihəsinin açarıdır”.

 

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et