Modern.az

Əsir hərbçinin anası BQXK-ni TƏKZİB ETDİ

Əsir hərbçinin anası BQXK-ni TƏKZİB ETDİ

Aktual

18 Aprel 2023, 17:28

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərləri ilə bağlı dəqiq açıqlama verməkdən yayınır, yalnız şablon mətnlər tirajlamaqla məsuliyyətdən yayınmağa çalışır.

 

BQXK bundan öncə yaydığı press-relizdə iki azərbaycanlının Ermənistanda saxlanılması barədə məlumatlı olduqlarını, həmin hərbçilərlə bağlı şəxsi informasiyaları hərbçilərin ailələrinə çatdırdıqlarını bəyan edib.

 

"Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik, məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə BQXK-nin rəsmi açıqlamasında qeyd olunub.

 

Ermənistanda işgəncələrə məruz qalan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseyn Axundovun anası Şəlalə Axundova isə Modern.az-a açıqlamasında bildirib ki, BQXK indiyədək onlarla əlaqə saxlamayıb. 

 

"Mən özüm Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsəm də, oğlumla bağlı heç bir məlumat verməyiblər", - deyə əsir hərbçinin anası BQXK-ni təkzib edib.

 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok