Modern.az

Qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlandı

Qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlandı

Aktual

21 Aprel 2023, 13:40

Qusarda qanunsuz fəaliyyət göstərən 2 taxta sexi aşkarlanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun Güdəzeyxur kənd sakini N.Əzizova və İmamqulukənd kənd sakini M.Məmmədova məxsus torpaq sahələrində müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub. Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materialları aşkar edilib.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et