Modern.az

Ermənistan hərbi təxribatları dərhal dayandırmalıdır - XİN

Ermənistan hərbi təxribatları dərhal dayandırmalıdır - XİN

Aktual

22 Aprel 2023, 19:40

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində mina partlayışı zamanı üç hərbçimizin yaralanması ilə bağlı məlumat paylaşıb.

 

Modern.az xəbər verir ki, paylaşım XİN-in "Twitter" səhifəsində edilib.

 

"Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb və mina partlayıb nəticədə 3 azərbaycanlı hərbçi yaralanıb Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır!", - açıqlamada deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et