Modern.az

Güc nümayişi: Ən böyük müdafiə sərgisi açıldı

Güc nümayişi: Ən böyük müdafiə sərgisi açıldı

Aktual

23 Aprel 2023, 08:11

Serbiyada ölkə tarixində ən böyük müdafiə sərgisi açılıb.

 

Modern.az xəbər verir ki, Bataynitsada yerləşən hərbi aerodromda keçirilən “Granit 2023” sərgisində Serbiya Silahlı Qüvvələrinin döyüş sursatları və hərbi texnikaları nümayiş etdirilir.

 

Serbiya prezidenti Aleksandar Vuçiç Macarıstanın Baş naziri Viktor Orban ilə birgə sərgiyə baş çəkiblər. Vuçiç Müdafiə Nazirliyini və Serbiya Silahlı Qüvvələrini ordunun imkanlarının indiyəqədərki ən böyük nümayişi münasibətilə təbrik edib.

 

“Əsgərlərimizlə və ordumuzla fəxr edirəm. Bu gün biz ölkəmizi və sülhü qorumaq, eyni zamanda, gələcək tərəqqini təmin etmək üçün kifayət qədər güclüyük”, - deyə o bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et