Modern.az

Kadırov qardaşı oğluna vəzifə verdi 

Kadırov qardaşı oğluna vəzifə verdi 

Aktual

25 Aprel 2023, 00:52

Çeçenistan rəhbəri Ramzan Kadırov qardaşı oğlu Hamzat Kadırova vəzifə verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.

 

Hamzat Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik qurumları üzrə müşaviri təyin edilib.

 

“Əminəm ki, o, strukturlar arasında operativ qarşılıqlı əlaqəni təmin etmək üçün qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”, - Kadırov yazıb.

 

Bundan əvvəl fevralın 1-də Çeçenistan rəhbəri 26 yaşlı qardaşı oğlu Hamzat Kadırovu respublikanın baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri vəzifəsinə təyin edib. O, Çeçenistan baş nazirinin müavini vəzifəsinə gəlməzdən əvvəl Çeçenistanın idman naziri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et