Modern.az

Bu hadisə növbəti tarixi nailiyyətimizdir

Bu hadisə növbəti tarixi nailiyyətimizdir

Aktual

25 Aprel 2023, 09:08

Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılması, Azərbaycan Respublikasının dövlət sərhədinin tam nəzarətə götürülməsi növbəti tarixi nailiyyətlərimiz, milli iradəmizin təntənəsidir.


Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Deputat qeyd edib ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqını böyük qətiyyət və inamla addım-addım hədəflərinə doğru aparır:

 

"Azərbaycan Respublikasının dövlət sərhədinin tam nəzarətə götürülməsi, Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılması faktı bir daha sübuta yetirir ki, heç bir kənar qüvvə, heç bir təxribat Azərbaycan dövlətinin iradəsini sarsıda bilməz".

 

Azər Kərimli bildirib ki, Azərbaycan Respublikasının dövlət sərhədinin, ərazi bütövlüyünün toxunulmazlığı, xalqımızın, Silahlı Qüvvələrimizin şanlı əsgər və zabitlərin təhlükəsizliyi dövlətimiz üçün prioritet təşkil edir və sözügedən istiqamətlər Azərbaycanın qırmızı xəttidir:

 

"Dövlət sərhədinə nəzarət, ərazilərimizə istənilən kənar müdaxilənin qarşısının alınması Azərbaycanın suveren hüququdur. Ölkəmizin sərhədlərinin ayrı-ayrı hissələrində fərqli nəzarət mexanizmlərinin tətbiqi, yaxud hansısa bir hissənin nəzarətsiz qalması Azərbaycan Respublikasının Konstitusiyasına ziddir və ölkəmizin Ermənistanla sərhədində həyata keçirilən bütün tədbirlər ilk növbədə konstitusion və suveren hüquqlarımızın bərpasına xidmət edir. Bu baxımdan, heç bir qüvvə Azərbaycan dövlətindən öz suveren hüquqlarına zidd davranış sərgiləməyi tələb etmək hüququnda və iqtidarında deyil. Əgər kimlərsə dövlətlərin suveren hüquqları ilə bağlı eksperiment aparmaq istəyirlərsə bunu öz dövlətlərinin ərazisində edə bilərlər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et