Aprel ayının sonuncu həftəsinin ilk günü Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması, Biləsuvarda ölümlə nəticələnən güclü partlayış, Gürcüstan müdafiə nazirinin Azərbaycana səfəri və digər mövzular gündəmdə olub.
Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:
Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb. Məntəqəyə Dövlət Sərhəd Xidmətinin hərbçiləri yerləşdirilib.
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycana səfər edib. O, Bakıda Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşüb. Nazirlər arasında geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Biləsuvar şəhərində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verib. Mənzildə partlayışa səbəb qaz sızması olub. Dərhal FHN-in aidiyyəti qurumları hadisə yerinə cəlb edilib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır. FHN tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, 23 aprel 2023-cü il tarixində Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsini təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır. Onun sözlərinə görə, Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur.
Aprelin 24-də Yerusəlimin mərkəzində, Mahane Yehuda bazarı yaxınlığında naməlum şəxs avtomobillə insanların üzərinə hücum edib. Hücum nəticəsində 8 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır, digərinin durumu orta ağırdır. İsrail rəsmiləri hücumun terror aktı olduğunu açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Belarusla sərhəddə yerləşən Jitomir vilayətinə səfər edib. Prezident səfər zamanı Belarusla dövlət sərhədinin möhkəmləndirilməsini müzakirə edib.
İranın müdafiə naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani Rusiyaya səfər edib. O, Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri arasında keçiriləcək görüşdə iştirak etmək üçün Moskvaya gedib.
Dünya miqyasında hərbi xərclərdə illik 3.7 % artım qeydə alınıb. Bu rəqəm Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2022-ci il üçün tədqiqatının nəticələrində əks olunub. Rusiyanın Ukraynaya qarşı apardığı hərtərəfli müharibə xüsusilə Avropa ölkələrini hərbi büdcələrinə yenidən diqqət yetirməyə vadar edib. NATO üzvləri 2024-cü ilə qədər milli ÜDM-in 2%-i həcmində müdafiə xərcləri hədəfinə çatmaq barədə razılığa gəliblər və bir çoxları yavaş-yavaş bu hədəfə doğru getməyə çalışırlar.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Fransızlar Makronu seçdiklərinə görə peşmandır - SORĞU
Putin dublyordan istifadə edir? - Peskov açıqladı
Sərhəd məntəqəsi Paşinyanın Zəngəzur çıxışına cavabdır - Sabiq nazirin ŞƏRHİ
Milli Məclis erməni spikerə CAVAB VERDİ: Qəbuledilməzdir
Zəngəzur dəhlizi açılmasa, Ermənistan peşman olacaq - Türkiyəli kontr-admiral
Ukrayna Hindistanı, Çin Rusiyanı seçdi - ŞƏRH
Seçki asan olmayacaq - Ərdoğanın partiyasından AÇIQLAMA
Bu dəfə başınıza cüt “Dəmir yumruq” dəyəcək - AKP-dən ermənilərə xəbərdarlıq
Dördgünlük iş həftəsi əslində necə olur - Ekspert rəyi
Bakı vəziyyəti dəyişdi - Sərhəd məntəqəsinin yaradılmasına Rusiyadan REAKSİYA
Yeni nazir haqda daha müfəssəl DOSYE: doğulduğu rayon, ailə vəziyyəti, təhsili…
Sərhəd-buraxılış məntəqəsinin önəmi nədir? - Deputatdan ŞƏRH
Azərbaycan hərbi xərclərə görə dünyada 8-cidir - Ermənistandan 3.7 dəfə çox...
Kim daha yaxşı öyrədir: yaşlı, yoxsa gənc müəllim - FƏRQLİ FİKİRLƏR
Ermənistan Rusiyanın cinayətlərinə şərik olur - Avropadan SƏRT İTTİHAM
Yeni sərhəd-buraxılış məntəqəsi harada yerləşir - XƏRİTƏ
“Böyük Ermənistan” ideyası məhv edildi - Azərbaycanın tarixi uğuru
Baxmutdan geri çəkilə bilmərik - Zelenski səbəbi açıqladı