Modern.az

Zəngəzur dəhlizi açılmasa, Ermənistan peşman olacaq - Türkiyəli kontr-admiral

Zəngəzur dəhlizi açılmasa, Ermənistan peşman olacaq - Türkiyəli kontr-admiral

24 Aprel 2023, 15:59

Ermənistan tərəfi üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə məcburdur.

 

Bunu Modern.az-a açıqlamasında Türkiyə Ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı deyib. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistanın indiyədək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini xatırladan kontr-admiralın sözlərinə görə, tezliklə Zəngəzur dəhlizi açılmalıdır. 

 

“Ermənistan hələ də Azərbaycanın tələblərini yerinə yetirməyib. İrəvan hakimiyyəti anlamalıdır ki, üç ölkə arasında imzalanan bəyanatın şərtlərini yerinə yetirməyə borcludur. Artıq Zəngəzur dəhlizi açılmalıdır, yoxsa Ermənistan peşman olacaq”.

 

Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına münasibət bildirən Cihad Yaycı Bakının çox düzgün siyasət yürütdüyünü söyləyib.

 

“Müharibə dövründə olduğu kimi indi də Azərbaycan tək deyil. Türkiyə hər masada Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ermənistan Türkiyə və Azərbaycana qarşı təxribatlar törətməyə çalışsa da, gec-tez cavabını alacaq. Ermənistan bütün anlaşmalardan boyun qaçırmaq üçün təxribatlara əl atır. Amma bundan sonra Azərbaycan lazım olan addımları atacaq”, - deyə o vurğulayıb.

 

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə gəlincə, Cihad Yaycı diqqətə çatdırıb ki, Ankaranın əsas tələbi Zəngəzur dəhlizinin açılmasıdır:

 

“Ermənistanla münasibətlərin normallaşması üçün ilk şərtimiz Zəngəzur dəhlizinin qısa zamanda açılmasıdır. Əlbəttə, biz istənilən sahədə Azərbaycanla birlikdə addımlayırıq. İndi əsas tələbimiz dəhlizin açılmasıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!