Modern.az

Günün havası - Dolu, yağış, 26 dərəcə isti...

Günün havası - Dolu, yağış, 26 dərəcə isti...

Aktual

26 Aprel 2023, 07:47

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

 

Bu gün Azərbaycanın rayonlarında əsasən yağmursuz hava üstünlük təşkil edəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et