Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraili müstəqillik bayramı münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində paylaşım edilib.
Paylaşımda İsrail dövləti və xalqına müstəqilliyin elan edilməsinin 75-ci ildönümü münasibətilə təbriklər çatdırılıb.
“Azərbaycan - İsrail strateji tərəfdaşlığının dərinləşməsini səbirsizliklə gözləyirik”, - XİN-dən bildirilib.