Modern.az

Bank hesabından 15 min manatlıq OĞURLUQ

Bank hesabından 15 min manatlıq OĞURLUQ

Aktual

26 Aprel 2023, 12:58

Sumqayıtda bank hesabından pul oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 19-da Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 14 850 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini İsa Həsənzadə müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et