Modern.az

Süleyman Soylu erməni patriarxla görüşdü

Süleyman Soylu erməni patriarxla görüşdü

Aktual

26 Aprel 2023, 22:33

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə yaşayan ermənilərin patriarxı Sahak Maşalyana baş çəkib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o, zəlzələ bölgəsinə göndərdikləri yardıma görə Maşalyana təşəkkür edib.

 

“Biz buradan bütün dünyaya nümunə göstərməliyik. İstanbulun nə olduğunu, Anadolu sivilizasiyasını, birlikdə yaşamaq, birlikdə güclü olmaq anlayışını göstərməliyik”, - nazir görüş zamanı deyib.

Whatsapp
Bizə yazın!
Keçid et