Modern.az

Biz sülhə inanmasaydıq, təklif etməzdik – Ceyhun Bayramov

Biz sülhə inanmasaydıq, təklif etməzdik – Ceyhun Bayramov

Aktual

27 Aprel 2023, 14:26

Biz sülhə inanmasaydıq, sülh təklifi etməzdik.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir sülh üçün ilk addımın Azərbaycan tərəfindən atıldığını söyləyib.

 

"Bildirim ki, ilk olaraq Azərbaycan sülh üçün addım atıb. Biz Amerika tərəfinə təşəkkürümüzü bildiririk ki, tərəflərlə danışıqlar aparır və bunu alqışlayırıq. Qeyd edim ki, biz tərəflər arasında təşkil olunan danışıqlarda iştirak edəcəyik. Yenidən sülh prosesinə töhfəmizi verəcəyik", - deyə XİN başçısı qeyd edib.

Bu xəbər ilə bağlı
Ceyhun Bayramov fransalı həmkarına iradlarını bildirdi
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et