Modern.az

Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Aktual

27 Aprel 2023, 15:38

Gəncə Dövlət Universitetinin Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev və Ümumi Tarix kafedrasının müəlimi Afərin Tağıyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız, dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən, həmçinin elm, təhsil, mədəniyyət və digər  sahələrin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən ətraflı danışıblar. Bildirilib ki, Ulu Öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas olmuş, bütün sahələrdə sürətli inkişafın təməli qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin  məqsədyönlü siyasəti və gərgin əməyi nəticəsində ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulmuş,  ictimai-siyasi sabitlik bərqərar olmuş, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb.

 

Tədbirdə universitetin kitabxanasının müdiri Ayşən Əhmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində ökitabxana işinin inkişaf etdirilməsi məsələsinin xüsusi yer tutmasından ətraflı danışıb. Qeyd edib ki, XX əsrin 90-cı illərində “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun  və bu qanuna müvafiq normativ-hüquqi aktların qəbul olunması məhz Ümummilli Heydər Əliyevin adı ilə bağlı olub.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub, tələbələr tərəfindən şeirlər səsləndirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et