Modern.az

Baş nazir “Formula 1” yarışlarını müzakirə edib

Baş nazir “Formula 1” yarışlarını müzakirə edib

Aktual

28 Aprel 2023, 18:19

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Görüşdə "Formula 1" yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulanıb.

 

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et