“Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olduğunu böyük kədərlə öyrəndim”.
Modern.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon özünün "Twitter" səhifəsində yazıb.
“Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir”, - diplomat qeyd edib.