Modern.az

Türkiyənin yeni helikopteri ilk uçuşu həyata keçirdi

Türkiyənin yeni helikopteri ilk uçuşu həyata keçirdi

Aktual

30 Aprel 2023, 21:39

Türkiyənin yeni hazırladığı ağır helikopter ilk uçuşunu həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

 

Bildirilib ki, "Atak-2" adlı helikopter TUSAŞ şirkəti tərəfindən istehsal olunub. Helikopter təxminən 1,5 ton sursat daşıya biləcək.

 

"Atak-2" ilk dəfə havaya qalxdı. TUSAŞ-ı və bütün əməyi keçənləri təbrik edirik”, - İsmayıl Dəmir deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et