Modern.az

ANAMA-dan vətəndaşlara XƏBƏRDARLIQ 

ANAMA-dan vətəndaşlara XƏBƏRDARLIQ 

Aktual

1 May 2023, 20:28

ANAMA vətəndaşlara xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, qurum bununla bağlı açıqlama yayıb.

 

"Son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar olaraq bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən qaydalara riayət etməmək, təlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər.

 

Bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!", - açıqlamada bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et