Modern.az

Dünya Bankına yeni prezident təyin edildi

Dünya Bankına yeni prezident təyin edildi

Aktual

3 May 2023, 22:48

Mayın 3-də Ajay Banqa Dünya Bankının prezidenti təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Bankın Direktorlar Şurası məlumat yayıb.

 

O, iyunun 2-də vəzifəsinin icrasına başlayacaq və bu vəzifədə Devid Malpası əvəz edəcək. Hazırda Banqa "General Atlantic" investisiya şirkətinin vitse-prezidenti vəzifəsini tutur.

 

Banqa 2010-cu ildən 2021-ci ilə qədər "Mastercard"a rəhbərlik edib. "The New York Times"ın məlumatına görə, direktorlar şurası onu yekdilliklə seçməyib, belə ki Rusiyadan olan nümayəndə səsvermədə bitərəf qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et