Modern.az

COVID-19-dan ölənlərin sayı 30 faiz AZALIB

COVID-19-dan ölənlərin sayı 30 faiz AZALIB

Aktual

5 May 2023, 07:52

Aprelin 3-dən aprelin 30-dək dünyada təxminən 2,8 milyon insan koronavirus infeksiyasına yoluxub, 17 mindən çox insan vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bildirilir ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 30%, yoluxmaların sayı isə 17% azalıb.

 

Qeyd olunur ki, dörd həftə ərzində dünyada 2 779 198 yoluxma halı və 17 459 ölüm halı qeydə alınıb.

 

Ən çox yoluxma 392 min nəfərlə ABŞ-da aşkarlanıb.

 

Mayın 3-nə olan vəziyyətə görə, təşkilata pandemiyanın başlanğıcından bəri 765 222 932 koronavirusa yoluxma halı və 6 921 614 ölüm halı barədə məlumatlar daxil olub.

Whatsapp
Bizə yazın!
Keçid et