Modern.az

Tap Qaraqoyunluda maarifləndirici tədbir keçirilib

Tap Qaraqoyunluda maarifləndirici tədbir keçirilib

Aktual

5 May 2023, 10:50

Azərbaycan respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 5.1 bəndində uyğun olaraq, “ təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda Goranboy rayon Tap Qaraqoyunlu kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə, rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, rayon Uşaq və Ailələrə dəstək mərkəzinin, rayon polis şöbəsinin  və Goranboy Naftalan rayonu üzrə təhsil sektorunun əməkdaşları və Tap Qaraqoyunlu kənd tam orta məktəbinin bir qrup müəllim və şagird kollektivi iştirak etdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et