Modern.az

DİM rezidenturaya imtahan verəcək şəxslərə müraciət etdi

DİM rezidenturaya imtahan verəcək şəxslərə müraciət etdi

Aktual

8 May 2023, 11:44

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdi mayın 14-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən xəbərə görə, “İmtahana buraxılış vərəqəsi” çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et