Azərbaycan Demokratiya və Rifah Partiyasının idarə heyətinin üzvü İsmayıl Nəzirli və 35 nəfər üzv partiyadan ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə İsmayıl Nəzirli özünün "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, üzvlərin partiyadan ayrılmasına səbəb ADR sədri Qubad İbadoğlunun susqunluğu, tez təsir altına düşməsi, öz merkantil maraqlarına xidmət etməsi, o cümlədən, ümumiyyətlə lider keyfiyyətlərinin olmaması, yalnız şəxsi maraqlarını düşünməsi, təşkilata gəlir mənbəyi kimi baxması olub.
İsmayıl Nəzərli istefaların arta biləcəyini diqqətə çatdırıb.