Modern.az

Ermənistan təyyarəsinin Dubaya enməsinə icazə verilmədi

Ermənistan təyyarəsinin Dubaya enməsinə icazə verilmədi

Aktual

8 May 2023, 13:16

"Flyone Armenia" aviaşirkətinə məxsus təyyarənin Dubayın hava məkanına daxil olmasına icazə verilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Aram Ananyan məlumat verib. 

 

Məlumata görə, hadisə 7 may tarixində olub. İrəvan-Dubay reysini həyata keçirən təyyarə qadağa səbəbindən İranın Şiraz hava limanında məcburi eniş edib. 

 

 Aviaşirkət problemə görə sərnişinlərdən üzr istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et