Modern.az

Əli Əliyevin azadlıqda ilk FOTOSU

Əli Əliyevin azadlıqda ilk FOTOSU

Aktual

8 May 2023, 16:26

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı icra olunub.

 

Modern.az xəbər verir ki, adı əfv siyahısında yer alan Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev bu gün azadlığa buraxılıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Whatsapp
Bizə yazın!
Keçid et