Modern.az

Kosmik sahədə dövlət tənzimləməsi qaydaları

Kosmik sahədə dövlət tənzimləməsi qaydaları

Aktual

11 May 2023, 11:00

Kosmik sahədə dövlət tənzimləməsi qaydaları müəyyən edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında kosmik fəaliyyətin tənzimlənməsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

- kosmik fəaliyyət üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin), onlarla əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması;

 

- kosmik obyektlərin dövlət qeydiyyatı;

 

- orbital mövqelərin əldə edilməsi və qorunması;

 

- kosmik fəaliyyətin tənzimlənməsinin bu Qanundan irəli gələn digər istiqamətləri.

 

- Milli kosmik operatora öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et