Modern.az

Azərbaycan daha bir ölkədə səfirlik AÇIR

Azərbaycan daha bir ölkədə səfirlik AÇIR

Aktual

11 May 2023, 13:30

Azərbaycanın Slovakiyada səfirliyi açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Layçak APA-ya müsahibəsi zamanı bildirib.

 

Səfirin sözlərinə görə, Bratislavada Azərbaycan səfirliyinin açılması bu ilin iyun ayında gözlənilir.

 

“Slovakiya 2019-cu ilin noyabr ayında Bakıda öz səfirliyini açıb və ölkələrimiz arasında biznesin təşviqi istiqamətində fəaliyyətimiz kifayət qədər intensivdir. Bratislavada Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını gözləyirik. İnanırıq ki, bu, iyun ayında Azərbaycan xarici işlər nazirinizin Slovakiyaya rəsmi səfəri zamanı həyata keçiriləcək”, - diplomat qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et