Modern.az

370 ağacın kəsilməsi ilə bağlı cinayət işi açıldı 

370 ağacın kəsilməsi ilə bağlı cinayət işi açıldı 

Aktual

11 May 2023, 16:37

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Araşdırmalar zamanı İsmayıllı, Qəbələ, Lerik və Bakı şəhərinin Nəsimi rayonu ərazisində ümumilikdə 370 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 90 min manatdan çox ziyan vurulması müəyyən edilib.

 

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et