Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri Muharrem İncənin prezident seçkilərində namizədliyini geri götürməsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, Ankarada çıxışı zamanı danışıb.
“Namizədlərdən biri nə edib, namizədliyini geri götürüb. Düzü təəssüfləndim, kaş mübarizənin sonuna qədər davam edərdi. Nə baş verib, niyə namizədliyini geri götürüb, bilmirəm”, - Ərdoğann deyib.
Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.