Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə təcili iclasa başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
İclas zamanı sərhəddəki toqquşma müzakirə edilib.
Bildirilib ki, tədbir iştirakçıları Paşinyanın bazar günü Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə gözlənilən görüşünü də müzakirə ediblər.
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.