Modern.az

ÜST-dən meymunçiçəyi ilə bağlı QƏRAR 

ÜST-dən meymunçiçəyi ilə bağlı QƏRAR 

Aktual

12 May 2023, 00:50

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ilin avqustunda meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyətinin ləğv olunduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tedros Qebreyesus məlumat yayıb.

 

“Fövqəladə hallar komitəsi dünən beşinci iclasını keçirdi və mənə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyətinə son qoymağı tövsiyə etdi. Mən bu tövsiyə ilə razılaşdım", - Qebreyesus bildirib.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2022-ci ilin may ayına qədər 110 ölkədə 87 000 meymunçiçəyinə yoluxma hadisəsi və 112 ölüm halı qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et