Modern.az

Kəndə silahlı hücum - 33 nəfər öldürüldü

Kəndə silahlı hücum - 33 nəfər öldürüldü

Aktual

14 May 2023, 08:30

Burkina-Fasonun şimal-qərbində silahlıların hücumu nəticəsində 33 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Agence France Presse" məlumat yayıb.

 

Hücum Çeriba departamentinin Yulu kəndində həyata keçirilib.

 

Qeyd edək ki, Burkina Faso 2015-ci ildən Qərbi Afrikada terror fəaliyyətinin episentrinə çevrilib. Son illərdə Burkina Fasoda 10 mindən çox insan terrorçular tərəfindən öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et