Modern.az

Türkiyə kimi seçkini şəffaf keçirən ikinci ölkə yoxdur - Fuat Oktay

Türkiyə kimi seçkini şəffaf keçirən ikinci ölkə yoxdur - Fuat Oktay

Aktual

14 May 2023, 16:10

Ölkəmizdə keçirilən prezident və parlament seçkilərinin şəffaf olmasına heç bir şübhə ola bilməz.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

 

O bildirib ki, dünyada Türkiyə kimi seçkiləri şəffaf keçirən ikinci bir ölkə yoxdur.

 

“Seçki nəticələrinin ölkəmizə və millətimizə xeyirli olmasını diləyirəm",- deyə vitse-prezident vurğulayıb.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

  

Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et