Modern.az

Baş Qərargah rəisi də səs verdi

Baş Qərargah rəisi də səs verdi

Aktual

14 May 2023, 16:26

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər prezident və parlament seçkilərində səs verib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, general Ankara şəhərində Çankaya orta məktəbində yerləşən seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et