Modern.az

Sülh sazişinin imzalanması zəruridir - ABŞ-dan mesaj

Sülh sazişinin imzalanması zəruridir - ABŞ-dan mesaj

Aktual

14 May 2023, 21:28

“Bölgədə sülh və sabitlik üçün sülh sazişinin imzalanması zəruridir”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Xarici işlər nazirinin müavini Elnur Məmmədovla telefon danışığı zamanı deyib.

 

Erika Olson ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et