Modern.az

Bakıda ağaclar qanunsuz kəsilib - Araşdırma aparılır

Bakıda ağaclar qanunsuz kəsilib - Araşdırma aparılır

Aktual

15 May 2023, 12:34

Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Xidmət rəsmisi Qafar Ağayev Modern.az-a bildirib ki, araşdırma nəticəsində gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib.

 

"Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır", - Q.Ağayev vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et