Modern.az

Sahibkarlarla növbəti görüş Lənkəranda keçiriləcək

Sahibkarlarla növbəti görüş Lənkəranda keçiriləcək

Aktual

15 May 2023, 15:56

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Modern.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

“Səyyar qəbul otağı” mayın 17-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et