Modern.az

İtən əşyaları tapmağa kömək edən robot yaradıldı 

İtən əşyaları tapmağa kömək edən robot yaradıldı 

Aktual

16 May 2023, 08:31

Kanadanın Vaterloo Universitetinin mühəndisləri sahibinə itmiş əşyanı tapmaqda kömək edəcək robot yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Siasat" nəşri yazıb.

 

Robot daha çox demansiyadan əziyyət çəkən yaşlı insanlara kömək etmək üçün nəzərdə tutulub. Demans yaşlı insanlarda yaddaş itkisi kimi simptomlara səbəb olur. Həmin şəxslər eynək, telefon və ya dərman kimi vacib əşyanı hara qoyub getdiyini unuda bilər. Buna baxmayaraq, yalnız yaşlı insanlar deyil, digər insanlar da telefon və ya açarları tapmaqda çətinlik çəkirlər.

 

Yeni yaradılan robot itən əşyaları tapmaqda insanlara kömək edəcək. "Fetch" adlı robot daxili kamera və manipulyatorla təchiz edilib. O, müəyyən əşyaların yerini aşkar etmək və izləmək üçün proqramlaşdırılıb.

 

Məlumata görə, "Fetch" obyektləri bir-birindən ayırd edə bilir. Sahibinin istəyi ilə robot smartfon və ya kompüter proqramı vasitəsilə itirilmiş əşyanı sonuncu dəfə nə vaxt və harada gördüyünü göstərə biləcək.

 

Təcrübələr göstərir ki, kanadalı alimlər tərəfindən hazırlanmış sistem yüksək dəqiqliyə malikdir. Demans xəstələri üçün cihazdan tək istifadə etmək çətindir, bu səbəbdən baxıcılar tərəfindən istifadə edilə bilər. Robotun yaradıcıları hesab edirlər ki, bu, yaşlıların qayğı prosesini asanlaşdıracaq və həyat keyfiyyətini yaxşılaşdıracaq. Tərtibatçılar "Fetch"i əvvəlcə sağlam insanlar, sonra isə demans xəstələri ilə sınaqdan keçirməyi planlaşdırırlar.

Whatsapp
Bizə yazın!
Keçid et