Modern.az

Bakıda Türkiyə vətəndaşından oğurluq edildi

Bakıda Türkiyə vətəndaşından oğurluq edildi

Aktual

16 May 2023, 09:26

Bakıda restorandan oğurluq edilib.

 

Modern.az-ın xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən "Tantuni" restoranında qeydə alınıb.

 

Belə ki, Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Gümen Azizə məxsus restorandan 340 manat dəyərində "Samsung" markalı mobil telefon və 20 manat pul oğurlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et